“Sabah” bu gün Avropa Konfrans Liqasının cavab matçında İsrailin “Makkabi” (Hayfa) klubu ilə qarşılaşıb.

Futbolinfo.az xəbər verir ki, İsrail klubunun baş məşqçisi Barak Baharın oyundan sonra mətbuat konfransı keçirilib. İsrailli çalışdırıcı vəziyyəti mənəvi cəhətdən düzəldə bilmədiklərini söyləyib:

“Sabah” klubunun həm azərkeşlərinə, həm də rəhbərliyinə təşəkkür edirəm. Düşünürdüm ki, vəziyyəti dəyişə bilərik, amma bu alınmadı. “Sabah” klubunu təbrik edirəm. 6 qol vurub mərhələni keçə bilməməyimiz yaxşı hal deyil. Sadəcə, mənəvi cəhətdən vəziyyəti düzəldə bilmədik. Bu, “Sabah”ı qeyri-ciddi rəqib kimi saymağımız anlamına gələ bilməz”.

Penaltilər seriyasında “Sabah”a 2:3 hesabı ilə məğlub olan (ümumi hesab – 6:6) “Makkabi” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində mübarizəni dayandırıb.

Shares: