“Sabah” bu gün Avropa Konfrans Liqasının cavab matçında İsrailin “Makkabi” (Hayfa) klubu ilə qarşılaşıb.

Futbolinfo.az xəbər verir ki, Masazır təmilçisinin baş məşqçisi Krunoslav Renduliçin oyundan sonra mətbuat konfransı keçirilib. Xorvatiyalı çalışdırıcı “Makkabi”nin bu gün çox yaxşı olduğunu bildirib:

“İlk olaraq onu demək istəyirəm ki, heç kəs bizə bir faiz də şans vermirdi. Səmimi şəkildə deməliyəm ki, “Makkabi” bu gün bizdən çox yaxşı idi. Əlbəttə, fovarit sayılan komandaya bir oyunda qalib gələ bilərsən, amma hər iki matçda qalib gəlmək, bu, çətin məsələdir. Biz bunu bacardıq, oyunçularıma təşəkkür edirəm. Aslanlar kimi vuruşdular. Rəqib çox güclü idi.

İlk öncə biz inanırdıq, mərhələni keçəcəyimizə. Ümumiyyətlə, keçilməyən rəqib yoxdur, hətta “Real” belə olsa… Biz mübarizə apardıq, döyüşdük. Onlar bura gəlmişdilər ki, ilk dəqiqələrdə qol vursunlar. İlk 15 dəqiqədə biz aktiv deyildik.

Hədəfimiz avrokuboklarda irəli getməkdir. Əlbəttə, bu müdarizədə “Qarabağ” favoritdir. Amma biz əlimizdən nə gəlirsə, etməyə çalışacağıq. Çempionatın ilk matçında “Şamaxı” klubu ilə qarşılaşacağıq. Oyunçularım çox yorğun olacaqlar. 120 dəqiqə dayanmadan döyüşdülər.

Müdafiədə olduqca bərbad çıxış etdik. Amma mən bunu arxada oynayan dörd oyunçuyla bağlamaq istəmirəm. Bütün komanda olaraq çalışıb müdafiə olunmalıyıq. Bu mövqeyə bir oyunçu transfer etməyi düşünürük. Baxarıq.

Məndən soruşmayın ki, “Şamaxı” ilə oyunfa heyətə kimləri daxil edəcəm. Çünkü mən özüm də bilmirəm. Baxacağıq, kim yaşayır, kim sağdır (gülür)”.

Penaltilər seriyasında “Makkabi”yə 3:2 hesabı ilə qalib gələn (ümumi hesab – 6:6) “Sabah” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində mübarizə aparacaq.

Shares: