Azərbaycan Yay Olimpiya Oyunlarında medal sıralamasında 15-ci pilləyə yüksəlib. Bu, cüdoçu Zelim Kotsoyevin (100 kq) ötən gün qızıl mükafat əldə etməsi sayəsində mümkün olub.

Fransanın paytaxtı Parisdə keçirilən yarışda daha əvvəl digər cüdoçu Hidayət Heydərov da (73 kq) olimpiya çempionu adını qazanıb.

Boksçu Alfonso Dominqes (92 kq) yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvələ nəzərə alınmayıb.

Qardaş ölkə Türkiyə və Ukrayna 35-ci (hər ikisi 1 gümüş, 1 bürünc), Gürcüstan isə (1 qızıl, 2 gümüş) 17-ci sıradadır. İlk “üçlük”də Çin (11 qızıl, 7 gümüş, 6 bürünc), ABŞ (9 qızıl, 15 gümüş, 13 bürünc) və Fransa (8 qızıl, 11 gümüş, 8 bürünc) yer alıb.

Hələlik 50 ölkə medal əldə edə bilib.

Shares: