Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yüksələn “Sabah” və “Zirə”nin pley-off mərhələsində 5 potensial rəqibi artıq bəllidir.
Futbolinfo.az xəbər verir ki, turnirdə yoluna davam edən təmsilçilərimiz bunun üçün ilk növbədə növbəti sınaqdan da üzüağ çıxmalıdırlar.
“Sabah” İrlandiyanın “Sent Patriks”, “Zirə” isə Xorvatiyanın “Osiyek” kollektivini üstələyərsə, pley-off mərhələsinin püşkatmasında səpələnməmişlərdə yer alacaqlar. Həmin raunddan mübarizəyə qoşulacaq 5 komanda isə səpələnmişlərdə qərar tutacaq. Bunlar “Çelsi” (İngiltərə), “Fiorentina” (İtaliya), “Betis” (İspaniya), “Heydenheym” (Almaniya) və “Lans”dır (Fransa). Bir sözlə, püşk adıçəkilən komandaları “Sabah” və ya “Zirə”nin təşkil etdiyi cütün pley-offdakı mümkün rəqibi edə bilər.
Qeyd edək ki, Konfrans Liqasının pley-off mərhələsinin püşkü avqustun 5-də atılacaq.