Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı Olimpiya Stadionunun ərazisindəki VAR Mərkəzi 01.02.2025-ci il tarixinədək fəaliyyətini dayandırıb.

Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu səbəbdən 2024/2025 mövsümü üzrə Azərbaycan Kuboku və Misli Premyer Liqası çərçivəsində keçiriləcək oyunlarda VAR-ın təşkili yalnız səyyar VAR nəqliyyat vasitəsi ilə mümkün olacaq. Hazırda isə AFFA-nın balansında yalnız 2 ədəd səyyar VAR nəqliyyat vasitəsi var.

Milli assosiasiya ötən mövsümlərdə olduğu kimi, ölkə çempionatının və kubokunun bütün oyunlarında VAR sisteminin tətbiq olunmasına çalışacağını qeyd edib.

Shares: