“Real Sosyedad” Karlos Soleri İspaniyaya qaytarmaq istəyir. PSJ-də xoşbəxt olmayan yarımmüdafiəçi özü də bu transferin əleyhinə deyil.
Futbolinfo.az xəbər verir ki, san-sebastyanlılar “Arsenal”a satmağa hazırlaşdıqları Mikel Merinonun əvəzinə məhz onu heyətinə qatmaq istəyir. Fransa təmsilçisi də keçidə müsbət yanaşır.
27 yaşlı Soler 2022-ci ilin yayında “Valensiya”nı Paris klubuna dəyişmişdi. O zaman 18 milyon avro xərcləyən Fransa klubu, yarımmüdafiəçini eyni qiymətə satmağa razıdır. Karlosun PSJ ilə mövcud müqaviləsinin 3 ildən sonra bitəcəyini də xatırladaq.