Konfrans Liqasının II təsnifat mərhələsində İsrail “Makkabi”si (Hayfa) ilə qarşılaşan “Sabah” oyunsonrası penaltilər sayəsində yoluna davam edib.
Futbolinfo.az saytı xəbər verir ki, bu, Azərbaycan klublarının avrokuboklar tarixində penaltilər seriyasına ehtiyac duyduğu 11-ci duel olub.
Maraqlıdır ki, klublarımızın əvvəlki 10 cəhdinin hamısı uğursuzluqla nəticələnib. “Sabah” bu baxımdan tilsimi qırmağı bacarıb. Belə ki, bakılıların sayəsində Azərbaycan klubu ilk dəfə avrokuboklarda penaltilər seriyası ilə mərhələ adlayıb.
Əvvəlki illərdə indiki “Şamaxı” “İnter” adı ilə 3, “Keşlə” adı altında isə 1 dəfə penaltilər seriyasında rəqiblərinə yenilib. “Qarabağ” 2, “Bakı fəhləsi”, “Bakı”, “Sabah” və “Zirə” isə 1 dueldən məğlub ayrılıb.
Azərbaycan klublarının avrokuboklarda penaltilər seriyası:
1998/99 mövsümü, İntertoto kuboku
“Bakı fəhləsi” – “İnkaras” (Litva) – 4:5 (hər iki komanda evdə qalib gəlib – 1:0)
2007/08 mövsümü, İntertoto kuboku
“Daçiya” (Moldova) – “Bakı” – 3:1 (hər iki oyun – 1:1)
2010/11 mövsümü, Çempionlar Liqası
“Lex” (Polşa) – “İnter” – 9:8 (hər iki komanda səfərdə qalib gəlib – 1:0)
2012/13 mövsümü, Avropa Liqası
“Asteras Tripolis” (Yunanıstan) – İnter – 4:2 (hər iki oyun 1:1)
2014/15 mövsümü, Avropa Liqası
“İnter” – “Elfsborq” (İsveç) – 3:4 (hər iki komanda səfərdə qalib gəlib – 1:0)
2020/21 mövsümü, Avropa Liqası
“Keşlə” – “Laçi” (Albaniya) – 4:5 (yeganə oyun – 0:0)
2020/21 mövsümü, Çempionlar Liqası
“Qarabağ” – “Molde” (Norveç) – 5:6 (yeganə oyun – 0:0)
2022/23 mövsümü, Konfrans Liqası
“Gent” (Belçika) – “Qarabağ” – 5:3 (hər iki komanda evdə qalib gəlib – 1:0)
2023/24 mövsümü, Konfrans Liqası
“Partizan” (Serbiya) – “Sabah” – 5:4 (hər iki komanda evdə qalib gəlib – 2:0)
2024/25 mövsümü, Avropa Liqası
“Zirə” – “Şerif” (Moldova) – 4:5 (hər iki komanda səfərdə qalib gəlib – 1:0, 1:2)
2024/25 mövsümü, Konfrans Liqası
“Sabah” – “Makkabi” (Hayfa, İsrail) – 3:2 (hər iki komanda səfərdə qalib gəlib – 3:0, 3:6)