Misli Premyer Liqasının ilk turunda “Sabah”la qarşılaşacaq “Şamaxı” itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, əyalət təmsilçisinin fransalı yarımmüdafiəçisi Brahim Konate qarşılaşmanı buraxacaq.
Buna səbəb isə onun zədələnməsidir. Futbolçunun növbəti turda “Araz-Naxçıvan”la oyuna qədər sağalacağı deyilir.
Qeyd edək ki, “Sabah” – “Şamaxı” matçı avqustun 4-də keçiriləcək.