“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandanın hücumçusu Erlinq Haalandın fiziki durumundan danışıb.

Norveçli forvard ABŞ-də mövsümöncəsi turda “Seltik” (4:3) və “Milan”la (2:3) yoldaşlıq görüşlərində qol vurub.

“Haaland özünü narahat hiss edir. Biz risk etmək istəmirik. Mövsümün başlanmasına az qalıb. Onun əzələ problemləri var, biz onu üç həftə və ya bir ay itirmək riskinə gedə bilmərik. Bu, komandaya problem yarada bilər”, – deyə Qvardiola bildirib.

Avqustun 4-də “Mançester Siti” mövsümöncəsi son matçında “Çelsi” ilə qarşılaşacaq. Avqustun 10-da Qvardiolanın komandası İngiltərə Superkuboku matçında “Mançester Yunayted”lə üz-üzə gələcək.

Shares: