“Əl-Hilal” və Braziliya millisinin hücumçusu Neymar çarpaz bağ zədəsindən sonra gedən müalicə prosesi haqqında məlumat verib.
32 yaşlı futbolçu ötən ilin oktyabrından meydanlara çıxmır.
“Bu zədədən sonra çətin günlər olur. Elə anlar olur ki, hər şeydən əl çəkmək istəyirsən. Bütün bunlardan keçmək çox çətindir. Amma mən yoluma çatana qədər dayanmayacaq əzmdə olan bir döyüşçüyəm! Allah mənə güc verir. Mən hər gün yenidən əvvəlki səviyyəyə qayıtmaq üçün döyüşəcəyəm”, – deyə Neymar sosial şəbəkə hesabında yazıb.
Neymarın “Əl-Hilal” ilə müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir. “Transfermarkt” portalının məlumatına görə, forvardın bazar dəyəri 30 milyon avrodur.