İspaniyanın “Mundo Deportivo” qəzetinin yazdığına görə, 2030-cu il dünya çempionatı 39 gün davam edə bilər.

Mənbənin məlumatına görə, turnirin yüzilliyi şərəfinə Argentina və Uruqvay yığmalarının görüşləri iyunun 8 və 9-da baş tutacaq. Bir neçə gündən sonra, 13-14 iyun tarixlərində başqa ölkələrdə də dünya çempionatının oyunları keçiriləcək. Final oyunu iyulun 21-nə təyin edilib. Əvvəlcədən də bildirildiyi kimi, çempionatın həlledici qarşılaşması Madriddəki “Santyaqo Bernabeu” stadionunda baş tutacaq.

2030-cu il dünya çempionatının oyunları İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Uruqvay və Paraqvayda keçiriləcək. Tarixdə ilk dəfə olaraq dünya çempionatının oyunlarını üç fərqli qitə qəbul edəcək.

Shares: