İrlandiyanın “Sent Patrik Atletik” klubunun yarımmüdafiəçisi Zakari Elbuzedi “Sabah”a qarşı Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin qarşıdakı oyunları haqda danışıb.
Futbolinfo.az “Irish Mirror”a istinadən xəbər verir ki, İrlandiya klubunun futbolçusu “Sabah” haqda məlumatlı olduğunu deyib:
“Sabah”dan Vinsent Tilli tanıyıram. Ona görə də, bu komanda haqqında bir az təsəvvürüm var. Bu, yüksək səviyyəli komandadır. İnsanlar düşünə bilər ki, rəqib Azərbaycan klubu olduğu üçün bizə asan olacaq. Amma bu doğru deyil. “Sabah”ın çoxlu səviyyəli futbolçuları var. Bilirəm ki, bu klub yüksək maaş verib, yaxşı futbolçuları komandaya cəlb edə bilər. Oyunlar asan olmayacaq, amma biz özümüzə inanırıq”.
“Sabah” 3-cü təsnifat mərhələsində ilk oyununu səfərdə keçirəcək.