Fransanın taksi sürücülərinin həmkarlar ittifaqları Olimpiya Oyunları zamanı mənfəətdə itkilərə görə hakimiyyət orqanlarından pul təzminatı tələb edirlər.
Taksi sürücüləri Olimpiadaya görə son bir neçə ayda işlərinin “ciddi şəkildə əngəlləndiyini” bildiriblər. Sürücülərn biznes mərkəzləri və konsert salonları yaxınlığındakı məhdudiyyətlər, həmçinin taksi dayanacaqlarının bağlanması səbəbindən gəlirləri 40-50 faiz azalıb.
Sürücülər kompensasiya ödənişlərinin məbləğinin müəyyən edilməsi üçün Nəqliyyat Nazirliyinin nümayəndələri ilə görüş tələb edirlər. Onların fikrincə, kompensasiya 2024-cü ilin martından oktyabr ayına qədər olan itkiləri ödəməlidir.
Xatırladaq ki, Parisdə 2024-cü il oyunları zamanı olimpiya obyektlərinin ətrafında xüsusi avtomobillər istisna olmaqla, digərlərinin keçidi qadağan edilən “qırmızı” zona var.