Parisdə Olimpiada başlayandan bəri 200 nəfər saxlanılıb. Bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanen məlumat verib.
“Olimpiya oyunlarının ilk həftəsi ərzində 200 nəfər saxlanılıb, onlardan 180-i nəzarətə götürülüb.
Cinayət törədə biləcəyinə inandığımız şəxsləri hər gün həbs edirik. Olimpiadanın açılış günündə də belə idi”, – deyə Darmanen BFMTV-də çıxışı zamanı məlumat verib.
Onun söylədiyinə görə, oyunlar zamanı küçələrdə daim çoxlu polis və jandarmların olması səbəbindən cinayətkarlıq halları azalıb.