“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Misli Premyer Liqasının ilk turunda “Araz-Naxçıvan”a 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Patrik hələ yaxşı formada olmadıqlarını deyib: “Böyükhesablı qələbəyə baxmayaraq, istədiyimiz formada deyilik. Yaxşılaşdırmalı olduğumuz detallar var. Əslində, sıx qrafikdə oynamaq həmişə çətindir. Amma şükür ki, heyətimiz genişdir. Demək olar ki, iki heyətimiz var. Bu səbəbdən də baş məşqçimiz həm avrokuboklarda, həm də ölkə çempionatında rotasiyalar edir”.

Andrade “Ludoqorets”lə qarşıdakı matçlardan da danışıb: “Rəqibi analiz edəcəyik, lakin əsas məsələ “Ludoqorets” yox, özümüzük. Oyun keyfiyyətlərimizi artırmalı, gücümüzə güvənməliyik. Düşünürəm ki, yaxşı oyun nümayiş etdirəcəyik”.

Shares: