Yussuf Mukoko Fransaya köçür. Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Marsel “Olimpik”inə keçməyə qərar verib.
Futbolinfo.az xəbər verir ki, onun 5 iddialı Avropa klubundan dəvəti olsa da, məhz Fransa təmsilçisini seçib. Bu da marsellilərin cəlbedici layihəsinn olması ilə bağlıdır. Mukoko “Olimpik”in yüksəlişində pay sahibi olmaq istəyir.
19 yaşlı “Borussiya” yetirməsinin dortmundlularla müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. Onun transfer qiyməti 22 milyon avrodur. “Olimpik” Kamerun əsilli almaniyalıya görə bu məbləği ödəməyə hazırdır.