“Atletiko” “Vilyarreal”ın hücumçu Aleksandr Sörlotu transfer edib.
Futbolinfo.az klubun saytına istinadən xəbər verir ki, norveçli futbolçu ilə 4 illik müqavilə imzalanıb.
28 yaşlı oyunçu 2023-cü ildən “Vilyarreal”da çıxış edirdi. O, ötən mövsüm bütün turnirlərdə 41 oyuna çıxıb, 26 qol vurub və 6 qolun ötürməsini verib.