“Atletik”in vingeri Niko Uilyams PSJ-nin təklifindən imtina edib. Bu barədə “Sport.es” məlumat yayıb.
Kataloniya qəzetinin məlumatına görə, PSJ futbolçunun bu mövsüm “Atletik”i tərk etməyəcəyinə əmindir. Bununla belə, Uilyams onun xidmətlərində son dərəcə maraqlı olan “Barselona”nın gündəmində qalır. Kataloniya klubunun fikrincə, transferi tamamlamaq hələ də mümkündür.
Ötən mövsüm Uilyams klub və milli komandanın heyətində bütün yarışlarda 48 matçda iştirak edib, 10 qol vurub və 24 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 60 milyon avrodur.