“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandanın ABŞ-dəki mövsümöncəsi turnesi haqda danışıb.

“Belə rəqiblərə qarşı oynamaq əladır, çünki onlar sizə çətinlik yaradır. Hər oyun əvvəlkindən qat-qat yaxşı idi. “Çelsi” ilə “Barselona”ya qarşı oynadığımız kimi oynadıq, amma təəssürat daha yaxşı oldu.

Kalvin Fillipsdə inkişaf var, Erlinq Haaland daha yaxşı görünür, Cek Qriliş iki inanılmaz oyun keçirdi. Bundan əlavə, gənc futbolçularımızın özlərini göstərməsi bizi çox sevindirir – Riko Lyuis, Oskar Bobb, Ceyms Makeyti bu gün potensialını ortaya qoydu.

Əlbəttə ki, qələbə qazanmaq istəyirdik, lakin bu oyunların nəticəsi heç nəyi dəyişməyəcək. Mövsüm bir həftədən sonra başlayır, əsas odur”, – deyə klubun rəsmi saytına müsahibəsində Qvardiola bildirib.

Qeyd edək ki, “Mançester Siti” turne çərçivəsində dörd yoldaşlıq oyunu keçirib: “Seltik” (3:4), “Milan” (2:3), “Barselona” (2:2, penaltilərlə 1:4) və “Çelsi” (4:2).

Shares: