“Turan Tovuz” daha br futbolçu ilə vidalaşır. Rəsmi xəbər yaxın günlərdə açıqlanacaq.
Futbolinfo.az xəbər verir ki, qərblilər Luis Paçu ilə yollarını ayırır. Onun adının mövsümün ilk turunda, “Neftçi” ilə matçın protokoluna salınmaması təsadüf deyil.
Komandanın yeni baş məşqçisi Kurban Berdıyev brazilyalı hücumçunun xidmətində maraqlı deyil. O, Rusiyadan öz oyun dəst-xəttinə uyğun hücumçu gətirmək niyyətindədir. Bu səbəbdən klub rəhbərliyi müqaviləsi davam edən 28 yaşlı oyunçuya 40 min dollar təzminat ödəyərək onu yola salır.
Paçu işsiz qalmayacaq. Futbolçunun tezliklə “Zirə”də peyda olmaq şansı var.