Madridlilər Adrian Rabionun transferindən imtina edib. “Real” fransalı yarımmüdafiəçini azad agent kimi heyətinə qatmaq şansından onun şəxsi tələbləri üzündən geri çevirib.
Futbolinfo.az xəbər verir ki, “Yuventus”dan ayrılan və transfer haqqı ödənilməyəcək oyunçunun tələbləri “Atletiko”nun da ürəyincə olmayıb. Hər iki klub onun keçidində maraqlı olub, ancaq istədiyi maaşın yüksək olması üzündən razılıq əldə edilməyib.
Futbolçunun meneceri oan anası bir müddət pncə Adrianı “Milan”a təklif etmişdi. “Rossonyerlər” də eyni səbəbdən transferdən vaz keçmişdi. İndi Rabionun İngiltərəyə üz tutmaq variantı var.