Olimpiya Oyunlarının atletika növünün, bəlkə də bütün Olimpiadanın ən maraqlı yarışında qalib müəyyənləşib. 100 metr məsafəyə kişilərin qaçışında qələbəni amerikalı Noa Layls əldə edib. O, ikinci yeri tutan Kişeyn Tomsonu 0,005 saniyə qabaqlayıb.

Bu fərq Olimpiya Oyunları tarixinin rekordudur. Yamaykalı sprinter son santimetrlərdə qələbəni əldə verib. O, daha yaxşı start alsa da, Layls sonradan rəqibini haqlamağı bacarıb.

Bürünc medal da ABŞ-dən olan Kerliyə qismət olub.

Xatırladaq ki, sonuncu dəfə bu ölkənin təmsilçisi atletikanın 100 metrində 2004-cü ildə olimpiya qızılını qazanmışdı.

719b4d9c 50d6 4bdd ad65 fc0842a0b8d8 - Futbolinfo.az
Shares: