“Mersedes”in rəhbəri Toto Volf Lyuis Həmiltonun komandadan ayrılacağına münasibətini bildirib. Bu mövsümün sonunda britaniyalı sürücü “Ferrari”yə keçəcək.

“Bir yerdə belə bir devizi oxumuşdum: “Sərt oynayın, tez bağışlayın və səhv etdiyiniz zaman üzr istəyin”. Demək istədiyim odur ki, bizim şəxsi münasibətlərimiz korlanmayıb. Özümü onun yerinə qoysam, başa düşə bilərəm. Komandada işlər yaxşı getmirdi və hər kəs üzərində kiçik at olan qırmızı kombinezonu geyinmək istəyər. Və təbii ki, maddi cəhətdən çox əlverişli təklif var. Mən onun motivlərini başa düşürəm, ona bu barədə artıq sual verilmədi. Lakin biz dostluq şəraitində ayrılmadıq”, – deyə Volf “Sky Sports”a müsahibısi zamanı qeyd edib.

Shares: