PSJ Vilyan Paçonu heyətinə qatır. Fransa çempionu 22 yaşlı oyunçunun transferi üçün “Ayntraxt”la razılığa gəlib.

Futbolinfo.az xəbər verir ki, parislilər yarımmüdafiəçi üçün Frankfurt klubuna 40 milyon avro ödəyəcək. Paço özünü doğruldarsa, komandasına əlavə bonuslar da qazandıracaq.

“Ayntraxt” ekvadorlu futbolçunu ötən yay “Royal Antverpen”dən 9 milyon avroya almışdı. Onunla 2028-ci ilin yayınadək qüvvədə olan müqavilə var.

Shares: