“Zirə”nin qapıçısı Aydın Bayramovun futbolinfo.az saytına müsahibəsi
– Çempionata çox inamıı qələəb ilə başladınız. “Səbail”ə vurduğunuz 4 qolu gözləyirdin?
– Ağır matç oldu. Əsasən də ikinci hissə çətin keçdi. Çünki “Səbail” özünə gəldi və geridönüş etmək istədi, qol da vurdular. Şükür olsun ki, bu cür ağır qrafikdə belə oyun göstərməyi bacardıq.
– “Zirə” son 3 oyunda 10 qol vurub. Bu məhsuldarlığın səbəbi nədir?
– Düşünürəm ki, daha dəqiq olmağımız. Əlimizə düşən fürsətləri qola çevirməyi bacardıq, onlardan istifadə etdik.
– Komandada ilk rəsmi oyununa çıxdın. Sənin üçün necə keçdi?
– Əlbəttə ki, qələbə qazandığımız üçün sevinirəm. İstərdim ki, qapımdan da qol buraxmayım. Amma alınmadı, qismət. Öz oyunumu dəyərləndirmək mənə düşməz.
– “Zirə”nin mövsümdə əsas hədəfi nədir? Səncə, komanda bu il ötənilkindən daha uğurlu ola bilər?
– Bunun üçün hər şey öz əlimizdədir. Bunun üçün də maksimum çalışmaq lazımdır. Əlimizdən gələni edəcəyik ki, daha uğurlu olaq.
– 2 gün sonra Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Xorvatiyanın “Osiyek” klubu ilə üz-üzə gələcəksiniz. Rəqib barədə düşüncələrin necədir?
– Bizi ağır səfər oyunu gözləyir. İnşallah, çalışacağıq ki, ordan sərfəli nəticə ilə ayrılaq. Ciddi hazırlaşıb oynayacağıq.
– Rəqib bu cütün favoriti sayılır. Bununla razılaşırsan?
– Xeyr, heç bir komandanı favorit saymıram.
FƏRİD