Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibi bəlli olub.
3-cü təsnifat mərhələsində Bolqarıstan klubu “Ludoqorets”lə qarşılaşacaq ağdamlılar rəqibi keçəcəyi təqdirdə növbəti raundda Zaqreb “Dinamo”su (Xorvatiya) ilə görüşəcək. “Qarabağ” – “Ludoqorets” duelinin güclüsü ilk oyununu səfərdə keçirəcək.
Bu mərhələnin oyunları avqustun 20-21-də və 27-28-də keçiriləcək.
Çempionlar yolu
“Yanq Boyz” – “Qalatasaray”
“Dinamo” (Zaqreb) – “Qarabağ” – “Ludoqorets” cütünün qalibi
“Midtyulland” – “Ferentsvaroş” cütünün qalibi – “Slovan” – APOEL cütünün qalibi
“Yagellonya” – “Bodo Qlimt” cütünün qalibi – “Srvena Zvezda”
“Malmö” – PAOK cütünün qalibi – “Sparta” – “Styaua” cütünün qalibi
Liqa yolu
“Lill” – “Fənərbaxça” cütünün qalibi – “Slaviya” – “Union Sent Jiloaz” cütünün qalibi
“Dinamo” (Kiyev) – “Reyncers” cütünün qalibi – “Zalsburq” – “Tvente” cütünün qalibi