Nikolas Maduro İlon Maskla döyüşmək istəyir.

Amerikalı milyarder sosial şəbəkələrdə Venesuelada keçirilən son prezident seçkilərinin nəticələrinin saxtalaşdırıldığını yazıb.

Seçkidə qalib gələn 61 yaşlı Maduro milli televiziyada Maskı döyüşə çağırıb. Sahibkar çağırışı qəbul edib, lakin şərt irəli sürüb: əgər qalib gəlsə, Maduro postunu tərk etməlidir. Maduro qalib gəlsə, ona Marsa pulsuz uçuş hüququ veriləcək.

Bukmekerlər döyüşün baş tutacağına 11.00 əmsal verirlər. Maduro 1.67 ilə döyüşün favoriti göstərilir, 53 yaşlı Maskın qələbəsi isə 2.10 əmsalla qiymətləndirilir.

Shares: