Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Futbolinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycanın bu turnirdəki təmsilçilərinin potensial rəqibləri bilinib.

Püşkatma zamanı səpələnməmişlər arasında yer alan “Sabah” – “Sent Patriks” (İrlandiya) cütünün qalibi “İberiya” (Gürcüstan) – “Başakşəhər” (Türkiyə) cütünün qalibinə rəqib olacaq. “Zirə” ilə “Osiyek” (Xorvatiya) arasında baş tutacaq qarşılaşmaların güclüsü pley-offda “Omoniya” (Kipr) – “Fehervar” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. “Sabah”ın təşkil etdiyi cütün qalibi ilk oyununu evdə, “Zirə”nin cütü isə səfərdə keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin oyunları avqustun 22-də və 29-da keçiriləcək.

Shares: