Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Futbolinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə 24 cüt bəlli olub.

Bunlardan 19-u Əsas yol, 5-i Çempionlar yolunda mübarizə aparan cütlərdir. Tədbirdə Azərbaycan klubları “Zirə” və “Sabah”ın da mümkün rəqibləri müəyyənləşib.

Qeyd edək ki, pley-offun oyunları avqustun 22-də və 29-da keçiriləcək.

Konfrans Liqası
Pley-off

Əsas yol
“Omoniya” – “Fehervar” cütünün qalibi – “Osiyek” – “Zirə” cütünün qalibi
“Sürix” – “Gimaraynş” cütünün qalibi – “Botev” – “Zrinski” cütünün qalibi
“İlves” – “Yurqorden” cütünün qalibi – “Maribor” – “Voyvodina” cütünün qalibi
“Sankt Qallen” – “Slask” cütünün qalibi – “Trabzonspor” – “Rapid” (Vyana) cütünün məğlubu
“Sent Mirren” – “Brann” cütünün qalibi – “Hunedoara” – “Astana” cütünün qalibi
“Spartak” Trnava – “Visla” cütünün qalibi – “Molde” – “Serkl Brügge” cütünün məğlubu
“Lans” – “Panatinaikos” – “Ayaks” cütünün məğlubu
“Brondbü” – “Legiya” cütünün qalibi – “Auda” – “Drita” cütünün qalibi
“Mlada Boleslav” – “Hapoel” (Beer Şeva) cütünün qalibi – “Paks” – “Mornar” cütünün qalibi
“Haken” – “Payde” cütünün qalibi – “Haydenhaym”
“Riyeka” – “Elfsborq” cütünün məğlubu – “Olimpiya” – “Şerif” cütünün qalibi
“Sent Patriks Atletik” – “Sabah” cütünün qalibi – “Saburtalo” – “Başakşəhər” cütünün qalibi
“Kopenhagen” – “Banik” cütünün qalibi – “Kilmarnok” – “Tromse” cütünün qalibi
“Fiorentina” – “Ararat” – “Puşkaş Akademiya” cütünün qalibi
“Çelsi” – “Braqa” – “Servett” cütünün məğlubu
“Makkabi” (Petah Tikva) – ÇFR cütünün qalibi – ÇSKA 1948 (Sofiya) – “Pafos” cütünün qalibi
“Partizan” – “Luqano” cütünün məğlubu – “Silkeborq” – “Gent” cütünün qalibi
“Krivbass” – “Viktoriya” (Plzen) cütünün məğlubu – “Betis”
“Noah” – AEK Afina cütünün qalibi – “Rujomberok” – “Hayduk” cütünün qalibi

Çempionlar yolu
“Dinamo” (Minsk) – “Linkoln” cütünün məğlubu – “Balkani” – “Larne” cütünün qalibi
“Ordabasi” – “Pünik” cütünün qalibi – “Çelye” – “Şemrok Rovers” cütünün məğlubu
“Vikinqur” – “Flora” cütünün qalibi – “Santa Koloma” – RFS cütünün məğlubu
“Panevejis” – “Makkabi” (Təl-Əviv) cütünün məğlubu – “Petrokub” – TNS cütünün məğlubu
“Klaksvik” – “Borats” cütünün məğlubu – HJK – “Deçiç” cütünün qalibi

Shares: