Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Futbolinfo.az xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda qazaxıstanlı Alimxan Sızdıkovla qarşılaşıb.

Rəqibinə qalib gələn Şəriəti (4:0) yarımfinala yüksəlib. Yarımfinalda onun rəqibi dördqat Olimpiya, beşqat dünya çempionu Kuba idmançısı, 41 yaşlı Lopez Nunyes olacaq.

Shares: