2024-cü il Olimpiadasının 1/4 finalında İtaliya ilə görüşdə Yaponiyanın kişilərdən ibarət komandası millinin sabiq oyunçusu Naonobu Fujiinin fotosunu ehtiyat oyunçular skamyasında yerləşdirib.

2023-cü ildə Fujii 31 yaşında mədə xərçəngindən vəfat edib. Yaponiya millisinin üzvü kimi o, 2017-ci ildə Asiya çempionatının qalibi olub. Voleybolçu həmçinin, Millətlər Liqasında və 2020-ci ildə Tokioda keçirilən Olimpiya oyunlarında iştirak edib.

Fujii karyerasının çox hissəsini “Torey Arrows” klubunda keçiribvə 2017-ci ildə Yaponiya çempionu olub.

Shares: