Sentyabrda Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millisinin üzvləri ilə görüş keçirilib.

Futbolinfo.az xəbər verir ki, görüşdə millinin üzvləri Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva eləcə də kapitan Mixail Şereşevski və məşqçi Yevgeni Tomaşevski iştirak edib.

Əvvəlcə şahmatçılar iştirak etdikləri son turnirlər barədə danışıb. Ardınca kapitan Mixail Şereşevski və məşqçi Yevgeni Tomaşevski olimpiadaya hazırlığın son mərhələsi barədə fikirlərini bildirib.

Olimpiadaya hazırlığın gedişatı ilə maraqlanan Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov təlim-məşqlərlə bağlı milli komandaya bundan sonra da lazımi şəraitin yaradılacağını söyləyib.

Görüş zamanı avqust ayı üçün nəzərdə tutulan hazırlıq planı və olimpiadayla bağlı digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası 10-23 sentyabr tarixlərində Macarıstanda keçiriləcək.

Shares: