“Sabah”ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Sent Patriks” İrlandya çempionatının 27-ci turunda “Qalvey”lə keçiriləcək səfər oyununun təxirə salınmasını istəyib.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, rəhbərlik komandanın “Sabah”la Bakıdakı cavab görüşünə daha yaxşı hazırlaşması üçün bu addımı atıb.
Klub bununla bağlı İrlandiya Futbol Assosiasiyasına müraciət ünvanlayıb. Assosiasiya da son qərarı “Qalvey”in verməsini istəyib. Lakin adıçəkilən komanda qarşı tərəfin istəyini rədd edib. Bu səbəbdən “Sent Patriks” avqustun 8-də “Sabah”la keçiriləcək ev oyunundan 3 gün sonra “Qalvey”in, bundan 4 gün sonra isə Azərbaycan klubunun qonağı olacaq.
Qeyd edək ki, avqustun 8-də keçiriləcək “Sent-Patriks” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.