“Şamaxı”nın albaniyalı futbolçusu Belajdi Pusinin futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının ilk turunda “Sabah” səfərində 2:2-lik heç-heçə etdiniz. Matçla bağlı düşüncələriniz necədir?

– “Sabah”a qarşı oynamaq heç də asan deyil. Həmçinin bizim komanda kimi birlikdə ilk rəsmi oyunumuz idi. Bu matçda xarakter göstərdiyimizi düşünürəm. Biz yaxşı nəticələr əldə edəcəyik və buna çox ümidliyəm.

– Oyundan öncə bu çətin səfərdən xalla qayıdacağınızı düşünürdünüz?

– Mən hər oyundan xal gözləyirəm. Normalda bizim üçün yaxşı nəticədir. Bu, bizim motivasiyamızın yüksəlməsinə kömək edəcək.

– Ötən mövsümü “Turan Tovuz”da keçirdiniz. Bu il isə Azərbaycan çempionatında fərqli komanda ilə oynayırsız…

– Azərbaycanda olmaqdan xoşbəxtəm. “Şamaxı”ya da çox tez adaptasiya oldum. Düşünürəm ki, Premyer Liqada futbolun səviyyəsi yüksəlir. Hər şey yaxşıdır.

– “Şamaxı” Premyer Liqaya bu il qayıdıb. Səncə, uğurlu ola biləcəksiz?

– Mən bura ona görə gəldim ki, birlikdə yaxşı şeylər edəcəyimizə inandım. Bizim yaxşı heyətimiz, güclü oyunçularımız, yaxşı məşqçi heyətimiz var. Prezidentimiz də futbolu sevir. Ümid edirəm ki, bunu meydanda da göstərə biləcəyik.

– Hədəf nədir?

– Yaxşı futbol oynamaq, hər oyun meydandan xalla ayrılmaq. Bunun üçün çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, istədiyimizə nail olaq.

– Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bolqarıstanın “Ludoqorets” klubu ilə oynayacaq. Proqnozunuz nədir?

– “Qarabağ”ın qalib gəlmək üçün keyfiyəti var. Onlara uğurlar arzu edirəm.

FƏRİD

Shares: