Keniyalı atlet Feyt Kipyeqonun Olimpiadada qazandığı gümüş medal geri qaytarılıb.

Dünən stayer 5000 metr məsafəyə final yarışında mükafat qazansa da, rəqibinə müdaxilə etdiyi üçün diskvalifikasiya edilmişdi. Beləliklə, gümüşü niderlandlı Sifan Həsən, bürünc medalı italiyalı Nadia Battokletti qazanmışdı.

Keniya komandasının rəhbərliyi bu qərarla bağlı appelyasiya edib. Hakimlər bu məsələdə Kipyeqonun tərəfini tutublar.

Xatırladaq ki, 30 yaşlı idmançı 1500 metr məsafədə 2016 və 2021-ci illərin olimpiya çempionudur. Onun atletika üzrə dünya çempionatında da 4 qələbəsi var.

Shares: