Olimpiadada 100 metr məsafəyə kişilərin sprint yarışını pozmaq istəyən Avstraliya vətəndaşı saxlanılıb.
Parisdə kişilər arasında 100 metr məsafəyə qaçışda ABŞ-dən olan Noa Layls qızıl, yamaykalı Kişan Tompson gümüş, digər amerikalı Fred Kerli isə bürünc qazanıb.
Hadisə yerli vaxtla saat 21:55 radələrində baş verib. 24 yaşlı Avstraliya vətəndaşı qaçış zolağına gedərkən stadion işçilərindən biri onu saxlayıb.
“Franceinfo”nun məlumatına görə, gənc həbs olunan zaman üzərində “Fələstinə azadlıq”, “Ukraynaya azadlıq” və “İsa” sözləri yazılmış köynək olubmuş. Polis onu “idman meydançasına girib yarışları pozduğuna görə” saxlayıb. Bu hadisəyə görə yarışın startı bir neçə dəqiqə gecikib.