“Karvan” Yevlaxda təlim-məşq toplanışını davam etdirir. I Liqada yeni mövsümə hazırlaşan “ağ-qaralar” gündə iki dəfə məşq edir.

Məşqçilər korpusu futbolçuları saat 11:00-da və 18:00-da məşqə çıxarır. Səhər çalışmalarında  futbolçular müəyyən fiziki təmrinləri yerinə yetirirlər. Günün ikinci məşqi isə meydançada keçirilir. Axşam hazırlığında əsasən taktiki və texniki çalışmalara diqqət ayırılır.

Hazırlıq çərçivəsində bir sıra yoldaşlıq görüşlərin keçirilməsidə planlaşdırılıb.

Shares: