Türkiyəli voleybolçu Melissa Varqas Çin yığması ilə voleybol turnirinin 1/4 final matçında 42 xal toplayıb. Türkiyə millisi oyunu 3:2 hesablı qələbə ilə başa vurub. Bununla da qadınlardan ibarət yığma komanda yarımfinala yüksəlib.

Varqasın 42 xalı Olimpiada tarixində ikinci nəticədir. Bu göstəricidə liderlik xorvatiyalı voleybolçu Barbara Yeliç-Ruziçə məxsusdur. 2000-ci ildə Sidney Olimpiadasında o, Çinlə qarşılaşmada 44 xal toplayıb. O, bunu 4 setlik oyunda edib.

Paris Olimpiadasında Varqasa qədər xal rekordu Çinlə oyunda (1:3) 4 setdə 39 xal toplayan serbiyalı Tiyana Boşkoviçə məxsus idi.

Shares: