“Hazırda komandadan ayrı məşq edirəm. Bunun səbəbini isə bilmirəm”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin hücumçusu Samuel Tetteh deyib.

Qanalı forvard klubun düşərgəsində olsa da, heyətdən ayrı məşq etməsini açıqlayıb: “Qəbələ” nə qərar versə, onu qəbul edəcəm. Komandanın təlim-məşq toplanışı başlayan vaxtdan burdayam. Tətildən qayıtdım və heyətə qoşuldum. Bundan sonra nə olacağını isə bilmirəm”.

O, bu vəziyyətə niyə düşdüyünü bilmədiyini də sözlərinə əlavə edib: “Klub sizin suallarınıza cavab verə bilər. Olanlar haqqında mən nəsə deyə bilmərəm. Mən məşqlərimi etmək üçün qayıtdım. Amma səbəbini bilmədən hazırda heyətdən uzaqdayam. “Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlı ilə danışmışam. Məncə, siz də onunla danışmalısız”.

Shares: