“Tezliklə meydana qayıtmaq üçün əlimdən gələni edəcəyəm”.
Futbolinfo.az xəbər verir ki, bunu Almaniya təmsilçisi “Nürnberq”ə keçidi rəsmiləşən Azərbaycan millisinin futbolçusu Mahir Emreli klubun rəsmi saytına açıqlamasında deyib.
“Şüurlu şəkildə bu ölkəyə köçməyə qərar verdim. Son bir neçə gün ərzində ərazi və ətraf haqqında yaxşı təəssürat əldə edə bildim. Tez sağalmağım üçün klubda hər cür şərait mövcuddur. “Nürnberq”də çıxış edəcəyim vaxtı səbirsizliklə gözləyirəm.
Emreli 2-ci Bundesliqa təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər.