AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

Futbolinfo.az xəəbr verir ki, o, Avropa Liqasının 3-cü təsnifat mərhələsinin “Boraç” (Bosniya və Herseqovina) – “Klaksvik” (Farer adaları) oyununun UEFA nümayəndəsi olacaq.

Banya Luka şəhərində yerləşən “Qradski” stadionunda keçiriləcək görüş avqustun 15-də baş tutacaq.

“Boraç” – “Klaksvik” matçını bolqarıstanlı baş hakim Georgi Kabakov idarə edəcək.

Shares: