“İnter”in yarımmüdafiəçisi Lüsyen Aqume birdəfəlik “Sevilya”ya keçib.

Futbolinfo.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı fransalı ilə müqavilə 2028-ci ilin iyun ayına kimi nəzərdə tutulub. Bu transfer 4 milyon avroya gerçəkləşib.

Aqume 2023/24 mövsümünün ikinci yarısını “Sevilya”dan icarə əsasında keçirib, 13 oyuna çıxıb.

Shares: