Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində baş tutan “Qarabağ” – “Ludoqorets” oyunundan sonra “köhnən atlar”ın müdafiəçisi Bəhlul Mustafazadə müsahibə verib. O, 1:2 hesablı məğlubiyyətə baxmayaraq, pley-offa yüksəlmək şanslarının böyük olduğunu düşünür.
– Çətin rəqib olduğunu bilirdik. Bizi nələrin gözlədiyindən aşağı-yuxarı xəbərdar idik. Düşünürəm ki, yaxşı oynayıb, çoxlu şanslar yarada bildik. Amma təəssüf ki, 2 qol buraxdıq və şanslarımızdan istifadə etmədik. Buna baxmayaraq ümidliyik, Bolqarıstana turu keçmək üçün yollanacağıq.
– Aparıcı oyunçularınızı “bağlamışdılar”. Sənə elə gəlmir ki, rəqib sizi çox yaxşı təhlil etmişdi?
– Avropada bizi azdan-çoxdan tanıyırlar. Bu mərhələdə rəqiblərin bizi yaxşı təhlil edəcəyini gözləyirdik. Amma bunlara baxmayaraq, çoxlu şanlar yaratmışdıq.
– Hakimin bütün qərarları düzgün idi?
– Bütün komanda olaraq etirazımız oldu. Məncə, hakim bəzən səsə vərəqə verirdi. Bir neçə epizodda bizim futbolçulara qarşı qayda pozuntuları olsa da, oyunu saxlamadı, qonaqlar üçün isə bunu etdi. Bunlar bəhanə deyil. Səhvlərimizdən dərs çıxarıb, səfərdə turu keçmək üçün əlimizdən gələni edəcəyik.
GÜNAY SÜLEYMANOVA