“Ludoqorets”in müdafiəçisi Diniş Almeyda Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ı Bakıda 2:1 hesabı ilə məğlub etdikləri oyunu dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, matçda ilk qolun müəllifi olan portuqaliyalı futbolçu böyük uğur qazandıqlarını bildirib.

Almeyda cavab qarşılaşmasında bu üstünlüyü qorumağın çətin olacağını da gizlətməyib: “Komanda oyunu, mübarizə, müdafiə və hücumdakı fəallığa görə qalib gəldik. Çox vacib uğur qazandıq. “Qarabağ”ın çox güclü komanda olduğunu bilirdik. Ötən mövsüm Avropa Liqasında etdikləri möhtəşəm idi. Buna hazırlamışdıq. Şansımızdan istifadə etdik. İlk 15 dəqiqədə qol buraxmamaq vacib idi. Meydanda az adamla qaldıqda da işimizin öhdəsindən gəldik. Bolqarıstana layiqli nəticə ilə qayıdırıq. Lakin bu, yalnız başlanğıcdır. Razqradda işi bitirməliyik. Bu, bir növ açıq döyüşdür. Razqradda çox yaxşı oyun göstərməliyik”.

Qeyd edək ki, “Ludoqorets” – “Qarabağ” görüşü avqustun 13-də “Ludoqorets Arena”da keçiriləcək.

Shares: