“IQ Sports Media və Marketinq Agentliyi”nin yeni media layihəsi “Tura baxış” start götürüb. Futbol üzrə Azərbaycan çempionatının hər turundan sonra matçların təhlili, məşqçi və futbolçuların yaddaqalan fikirlərinin müzakirəsi, meydanda və kənarda baş verən hadisələrin şərhi, bir sözlə, futbolumuza fərqli baxış məhz bu layihədə olacaq.

Artıq ilk buraxılış reallaşıb. Misli Premyer Liqasının 1-ci turu ilə bağlı müzakirələrdən təqdim etdiyimiz VİDEOya baxaraq xəbər tuta bilərsiz.

Shares: