Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında daha 21 dəst medal sahibini tapacaq.

Azərbaycan millisi iki növdə təmsil olunacaq. Olimpiadanın on ikinci günündə azarkeşlərimizin diqqəti güləş və taekvondoya yönələcək.

13:30. Yunan-Roma güləşi, 67 kq

1/8 final. Həsrət Cəfərov

13:30. Yunan-Roma güləşi, 87 kq

1/8 final. Rafiq Hüseynov

13:48. Taekvondo, 58 kq

1/8 final. Qaşım Maqomedov – Cek Uolley (İrıandiya)

21:04. Yunan-Roma güləşi, 77 kq

Bürünc medal uğrunda. Sənan Süleymanov

Xatırladaq ki, Azərbaycan medal sıralamasında 23-cü pillədə qərarlaşıb. Hələlik komandanın aktivində iki qızıl mükafat var. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib. Azərbaycanla birlikdə Serbiya da (2 qızıl) 23-cüdür.

Ukrayna (2 qızıl, 2 gümüş, 3 bürünc) 18-ci, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 28-ci, qardaş ölkə Türkiyə (1 gümüş, 2 bürünc) 54-cü, Ermənistan (1 gümüş) 58-ci, İran (1 bürünc) 69-cu sıradadır. İlk “üçlük”də ABŞ (24 qızıl, 31 gümüş, 31 bürünc), Çin (22 qızıl, 21 gümüş, 16 bürünc) və Avstraliya (14 qızıl, 12 gümüş və 9 bürünc) yer alıblar.

Hələlik 76 ölkə medal əldə edə bilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp