“Bayern” klubu və futbol üzrə Almaniya millisinin üzvü Tomas Müller, dolayı yolla da olsa, artıq olimpiya qızılının sahibidir. Belə ki, onun Çeker adlı atı konkur növünün fərdi yarışlarında çempion olub. Atın jokeyi isə Kristian Kukukdur.

Müllerin at həvəskarı olduğu və xüsusi fermaya sahib olduğu çoxdan məlum idi. Futbolçuya bu sevgi həyat yoldaşı Lizadan keçib.

Tomasın həyat yoldaşı yarıpeşəkar jokey olub. Onlar 10 ildən çoxdur ki, bu bizneslə məşğuldurlar. Əsas məqsəd süni yolla atların artımıdır.

Bu qələbədən sonra çox güman ki, Müllerin biznesi daha yaxşı gedəcək. Çünki artıq bu fermadan olimpiya çempionu çıxıb.

f8cd550a dee9 45f2 a951 4287aa5c45d4 - Futbolinfo.az
Shares: