Olimpiya Oyunlarının atletika növündə hər gün maraqlı hadisələr baş verir. Bunlardan da biri kişilərin 1500 metr məsafəyə qaçışında olub.

Tokio Olimpiadasının qalibi Yakob İnqebriqtsen Parisdə uğurunu təkrarlaya bilməyib. Burada əsas favorit sayılan norveçli finişə 75 metr qalmış təslim olub. Ən maraqlısı isə odur ki, Yakob ümumiyyətlə, medalsız qalıb. Qələbəni isə amerikalı Kole Houker qazanıb.

Yakobla birlikdə əsas favorit sayılan britaniyalı Coş Kerr ikinci olub. ABŞ komandasının bir başqa üzvü Yared Naqyuz ondan cüzi geri qalıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp