Çinli tennisçi Vanq Çukinlə insidentdən sonra isveçli jurnalistin Olimpiada akkreditasiyası ləğv edilib. O, müsahibə zamanı idmançını itələdiyinə görə yarışlara gəlməkdən məhrum edilib.
Sosial şəbəkələrdə jurnalistin çinliyə yaxınlaşaraq onu itələdiyi görüntülər yayılıb.
Qeyd edək ki, bu, Van Çukinin Paris Olimpiadasında başına gələn ikinci insidentdir. Bir neçə gün əvvəl fotoqraflardan biri təsadüfən çinli idmançının raketkasını basdalayaraq sındırmışdı.
24 yaşlı Çukin Beynəlxalq Stolüstü Tennis Federasiyasının (ITTF) reytinqində birinci yerdədir.