2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda son mövsümü Türkiyənin “Manisa” klubunda keçirmiş Sərtan Taşkınla 1+1 illik müqavilə imzalayıb. Millinin üzvü olan 26 yaşlı futbolçu “Sumqayıt”ın heyətində 2 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, 2019/20 mövsümündə də komandada çıxış etmiş Sərtan Taşkın ümumilikdə 20 oyunda meydana çıxıb və 1 qol vurmağa müvəffəq olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp